Azərbaycan, Bakı, 6 may /Trend/
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Masallı rayonu, Qəriblər kəndində vətəndaşa məxsus "VAZ " markalı minik avtomobili ilə "QAZ" markalı yük avtomobili toqquşub.
Nəticədə "VAZ" markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin xəsarət alaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıblar.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişləri avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.