Azərbaycan, Bakı, 18 may / Trend/
Təmir-bərpa işləri aparan fəhlə torpağın altında qalaraq ölüb.
Trend EL TV-yə istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Ucar rayonun Qulabənd kəndi ərazisində yolun kənarında təmir-bərpa işləri aparan fəhlələrdən biri torpağın altında qalaraq dünyasını dəyişib.
Hadisə mayın 18-i saat 12:00 radələrində baş verib. Hazırda
hadisə yerində olan Ucar rayon Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu tərəfindən ölən fəhlənin meyiti çıxarılır.
Həmçinin orada işləyən daha iki nəfər - Sumqayıt sakini, 1969-cu il təvəllüdlü Rasim Talıb oğlu Abbasov və Göygöl rayon sakini, 1961-ci il təvəllüdlü Məhəbbət Şəfəq oğlu Vəliyev xəsarət alıblar. Hazırda onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Ucar Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.