...

Suriya xarici işlər naziri müavininin atası girov götürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 18 May 2013 22:00 (UTC +04:00)
Bu gün naməlum silahlı şəxslər Suriya xarici işlər nazirinin müavini Feysəl Miqdadın atasını girov götürüblər.
Suriya xarici işlər naziri müavininin atası girov götürülüb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 18 may /Trend/

Bu gün naməlum silahlı şəxslər Suriya xarici işlər nazirinin müavini Feysəl Miqdadın atasını girov götürüblər. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Suriya İnsan Hüquqları Təşkilatının rəhbəri Rami Əbdürrəhman Miqdadın atasının silahlı şəxslərə yaxın olan bir nəfərin Suriya rejimi tərəfindən həbs edilməsinə qarşılıq olaraq qaçırıldığını bildirib.

Miqdadın atasının Dəra bölgəsindəki Casım qəsəbəsində qaçırıldığını deyən Əbdürrəhman hadisənin nə zaman baş verdiyi barədə məlumatı olmadığını qeyd edib.

Digər tərəfdən Miqdadın 84 yaşındakı atasının bu gün qaçırılmadan əvvəl ailəsinin gözləri qarşısında döyüldüğü və daha sonra Dəraya aparıldığı iddia olunur.

Döyüşçülər hələ heç bir tələb irəli sürməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti