Azərbaycan, Bakı, 19 may /Trend/
Bakıda üçmərtəbəli evdə yanğın olub.
Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan üçmərtəbəli evdə yanğın baş verib.
1-ci mərtəbəsi qarajdan ibarət mansard tipli evin 2-ci mərtəbəsində 1 otağın və dəhlizin yanar konstruksiyaları 36 kv.m sahədə, 3-cü mərtəbəsində 2 otağın və dəhlizin yanar konstruksiyaları 50 kv.m sahədə və mansardın yanar konstruksiyaları 50 kv.m sahədə (ümumi 136 kv.m) yanıb.
1-ci mərtəbə və bitişik 3 mərtəbəli digər ev yanğından mühafizə olunub.
Yanğın saat 22:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.