Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/
Bakı şəhər sakini Niyaz Hacıyev elektrik cərəyanı vurması nəticəsində ölüb.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, mayın 18-də Ramana qəsəbəsi 1-ci mədənin ərazisindəki Elektrik Paylaşdırıcı Qurğusunda elektrik işləyən Bakı şəhər sakini Niyaz Hacıyevi elektrik cərəyanı vurub.
Nəticədə Hacıyev hadisə yerindəcə ölüb.