Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İzzət/
Bakıkda intiharın qarşısı alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Dənizkənarı Milli Parkda, nəzarətsiz ərazidə bir nəfər intihar məqsədilə özünü dənizə atıb.
Dərhal "Bakı mərkəz" sularda xilasetmə məntəqəsinin 3 nəfər xilasedicisi "Dalğa" kateri və xüsusi avadanlıqlarla hadisə yerinə çıxıb, vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil verib.