...

Türkiyədə terror aktının qarşısı alınıb

Hadisə Materials 31 May 2013 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may/Trend, müxbir A. Tağıyeva/

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən Adana vilayətində terror aktının qarşısı alınıb. Bu barədə Trend cümə günü "Sabah" onlayn-qəzetinə istinadən məlumat verir.

Məlumata görə, Türkiyənin təhlükəsizlik qüvvələri terror aktına hazırlığa görə 6 nəfəri saxlayıblar. Terror aktına hazırlıq daha əvvəl Hatay vilayətinin Reyhanlı şəhərində baş vermiş terror aktının bəzi detalları ilə uyğunluq təşkil edir.

Şübhəlilərin saxlanılması üzrə əməliyyat "Cabhat ən-Nusra" qruplaşmasının üzvləri tərəfindən terror aktı hazırlaşmaları barədə məlumat əldə edildikdən sonra keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti