...

Azərbaycanda 9 ha taxıl və otlaq sahəsi yanıb

Hadisə Materials 2 İyun 2013 22:51 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində 3 ha biçilmiş taxıl və 2 ha biçilməmiş taxıl sahəsi (ümumi 4 ha) yanıb.
Azərbaycanda 9 ha taxıl və otlaq sahəsi yanıb

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Azərbaycanda 9 ha taxıl və otlaq sahəsi yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində 3 ha biçilmiş taxıl və 2 ha biçilməmiş taxıl sahəsi (ümumi 4 ha) yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.

İmişli rayonu, Cahar kəndində (rayon mərkəzindən 10 km aralı) 4 ha otlaq sahəsi yanıb. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunub.

Hər iki halda yanğın saat 19:30 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti