...

Moskva metrosunda yenidən tüstülənmə olub, hərəkət dayandırılıb

Hadisə Materials 5 İyun 2013 14:11 (UTC +04:00)
Moskva metrosunun “Soçelniçesk” xəttində yenidən tüstülənmə olub, vaqonların hərəkəti dayandırılıb.
Moskva metrosunda yenidən tüstülənmə olub, hərəkət dayandırılıb

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Moskva metrosunun "Soçelniçesk" xəttində yenidən tüstülənmə olub, vaqonların hərəkəti dayandırılıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "RİA Novosti" agentliyinə metropolitenin mətbuat xidmətinin nümayəndəsi bildirib:

"Həmin hissədə enerji kabelində yenidən tüstülənmə hadisəsi qeydə alındığından, cərəyanın verilişi dayandırılıb".

Xatırladaq ki, çərşənbə günü səhər saatlarında Moskva metrosunda "Biblioteka imeni Lenina" və "Oxotnıy Ryad" stansiyaları arasında enerji kabeli yanıb. Yanğın zamanı tuneldə qalan vaqon "Biblioteka imeni Lenina" stansiyasına gətirilib.

Hadisə nəticəsində 52 nəfərə tibbi yardım göstərilib, 7 nəfər isə xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti