...

Sərxoş sürücü qəza törətdi, ölən var

Hadisə Materials 14 İyun 2013 20:35 (UTC +04:00)
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Sərxoş sürücü qəza törətdi, ölən var

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, axşam saatlarında Şəmkir-Kür qəsəbəsi yolunun 1-ci kilometrliyində ağır yol qəza hadisəsi baş verib. 38 yaşlı Heybət Əliyevin və 51 yaşlı Ramiz Məmmədəliyevin idarə etdiyi "VAZ-21011" markalı iki avtomobil toqquşub.

Qəza nəticəsində Ramiz Məmmədəliyev ölüb.

Qeyd edək ki, hadisə zamanı Heybət Əliyev sərxoş olub.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti