...

Yevlaxda minik avtomobili ilə yük maşını toqquşub, xəsarət alan var

Hadisə Materials 26 İyun 2013 16:09 (UTC +04:00)
Trend EL TV-yə istinadən məlumat verir ki, Yevlax rayonunun Tanrıqullar kəndi ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Yevlaxda minik avtomobili ilə yük maşını toqquşub, xəsarət alan var

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Yevlaxda minik avtomobili ilə yük maşını toqquşub.

Trend EL TV-yə istinadən məlumat verir ki, Yevlax rayonunun Tanrıqullar kəndi ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Rayonun Hürüşağı kənd sakini Nizami Musayevin idarə etdiyi "VAZ-21099" markalı minik avtomobili yolda hərəkətdə olan Bəhruz Mürsəlovun idarə etdiyi "Kamaz" markalı yük maşını ilə toqquşub, daha sonra isə yaxınlıqdan keçən "10 LS 526" dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobilə dəyib.

Hadisə nəticəsində "VAZ-21099" markalı avtomobil yararsız hala düşüb. Sürücü Nizami Musayev xəsarət alıb. O, Mingəçevir şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyəti sabitdir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti