...

Gürcüstanda manqan istehsalı üzrə zavodda partlayışlar baş verib

Hadisə Materials 30 İyun 2013 16:39 (UTC +04:00)
Gürcüstanın qərbində bazar günü səhər manqan istehsalı üzrə minizavodda üç partlayış baş verib. Minizavod Zestafon rayonunun Kveda Arqveti kəndində (İmereti regionu) yerləşib.
Gürcüstanda manqan istehsalı üzrə zavodda partlayışlar baş verib

Gürcüstan, Tbilisi, 30 iyun /Trend, müxbir N.Kirtsxalia/

Gürcüstanın qərbində yerləşən manqan istehsalı üzrə minizavodda bazar günü səhər üç partlayış baş verib. Minizavod Zestafon rayonunun Kveda Arqveti kəndində (İmereti regionu) yerləşir.

Partlayışlar nəticəsində insan tələfatı yoxdur, lakin zavodun binasına güclü zərər vurulub. Partlayışların səbəbi hələ ki müəyyən olunmayıb.

Hadisə yerində kriminalistlər və istehkamçılar işləyir.

Yerli sakinlərin sözlərinə görə, zavod yaşayış məntəqəsinin yaxınlığında yerləşdiyinə görə, partlayış kənddə güclü hiss olunub.

Xəbər lenti

Xəbər lenti