...

İraqda son iki ayda terror qurbanlarının sayı 1800 nəfəri ötüb

Hadisə Materials 2 İyul 2013 00:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /Trend/

BMT İraqta terror aktları və qanlı hadisələr nəticəsində ötən ay 761 nəfərin həlak olduğunu, 1771 nəfərin isə xəsarət aldığını bildirib.

Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, Birləşmiş Millətlər Təşkilatının İraq missiyasının (UNAMI) açıqladığı rəqəmlərə görə, ölənlərdən 554-ü mülki vətəndaş, 131-i polis, 76-sı isə təhükəsizlik qüvvələrinin əməkdaşıdır.

Yaralananların isə 1389-u mülki vətəndaş, 221-i mülki polis, 161-i İraq təhlükəsizlik qüvvələrinin əməkdaşıdır.

Terror hücumları nəticəsində ən çox Bağdad bölgəsi itki verib (258 nəfər). Bağdaddan sonra Səlahəddin, Nineva, Diyalə, Ənbər, Kərkük, Babil, Vasit, Bəsrə və Nəcəf şəhərləri gəlir.

İraqda may ayı da ən qanlı aylardan biri olub. Belə ki, bu ay ərzində 1045 nəfər terror hücumları nəticəsində həlak olmuş, 2 397 nəfər isə xəsarət almışdı.

Xəbər lenti

Xəbər lenti