Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İ.İzzət/
Xaçmaz rayon sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki,
iyulun 11-də Xaçmaz rayonu ərazisində Ceyhun Nəcəfov Məleykə Mehdiyevanın evində tikinti işləri apararkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.