...

DİN hərbçilərin qəzaya uğraması ilə bağlı rəsmi məlumat yaydı

Hadisə Materials 20 İyul 2013 13:17 (UTC +04:00)
Şəmkir rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı bir hərbçi ölüb, 6 nəfər yaralanıb.
DİN hərbçilərin qəzaya uğraması ilə bağlı rəsmi məlumat yaydı

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.İzzət/

Şəmkir rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı bir həbrçi ölüb, 6 nəfər yaralanıb.

Trend Daxili İşlər Nazirlyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 19-da saat 14.30 radələrində Şəmkir rayonu ərazisindəki Yasamal aşırımında Bakı şəhər sakini Canpolad Əmrahovun idarə etdiyi "Toyota" markalı avtomaşınla Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin baş giziri Zülfüqar Şıxəliyevin idarə etdiyi hərbi hissəyə məxsus "PAZ-4232" markalı avtobus toqquşub, sonradan avtobus aşıb.

Nəticədə avtobusdakı sərnişinlərindən "N" saylı hərbi hissənin hərbçisi Elxan Əliyev hadisə yerində ölüb, xəsarət almış sürücü və 6 sərnişin hospitala yerləşdiriliblər.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti