...

Xaçmazda oğul atasını bıçaqladı

Hadisə Materials 27 İyul 2013 08:53 (UTC +04:00)
Trend-in Regional TV-yə istinadən verdilyi məlumata görə, Xaçmaz rayonunun Yeni Həyat qəsəbə sakini 48 yaşlı Fələmurov Ənvər Şalbuz oğlu bıçaq xəsarəti ilə Xudat şəhər xəstəxanasına çatdırılıb.
Xaçmazda oğul atasını bıçaqladı

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Gecə saatlarında Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində oğul atasını bıçaqlayıb.

Trend-in Regional TV-yə istinadən verdilyi məlumata görə, Xaçmaz rayonunun Yeni Həyat qəsəbə sakini 48 yaşlı Fələmurov Ənvər Şalbuz oğlu bıçaq xəsarəti ilə Xudat şəhər xəstəxanasına çatdırılıb.

İlkin yardımdan sonra yaralı Xaçmaz rayon Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Alın və döş qəfəsindən 3 bıçaq zərbəsi alan xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin araşdırma zamanı məlum olub ki, Ənvər Fələmurov oğlu tərəfindən bıçaqlanıb. Hadisə ata-oğul arasında yaranan şəxsi münaqişə zəminində baş verib. Atasını bıçaqlayan oğulun psixi xəstə kimi qeydiyyatda olduğu bildirilir.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti