Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir M.Əliyev/
Bakı sakini keçmiş arvadının sifətinə turşu məhlulu tökərək ağır xəsarət yetirib.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, ötən gecə saat 01:35 radələrində Binə qəsəbəsində yaşayan, vaxtilə məhkum olunmuş Fərhad Əbdülrəhmanov qısqanclıq zəminində keçmiş arvadı Alfiyyə Samir qızının sifətinə turşu məhlulu tökərək ağır xəsarət yetirib.
F.Əbdülrəhmanov Xəzər Rayon Polisi 2-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub.