Azərbaycan, Bakı, 28 iyul /Trend/
Üç gün bundan əvvəl Kür çayında batan şəxsin meyiti tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, iyulun 25-də Kür çayının Sabirabad rayonu, Muğan Gəncəli kəndi ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 30 km aralıda) batmış 1991-ci il təvəllüdlü Salmanov İlkin Ələsgər oğlunun axtarışları başa çatıb.
İ.Salmanovun cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən 10 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.