...

Salyan rayonunda yol qəzası nəticəsində bir nəfər ölüb və iki nəfər xəsarət alıb

Hadisə Materials 30 İyul 2013 08:12 (UTC +04:00)
Trend Cənub TV-yə istinadən məlumat verir ki, Şirvan-Salyan avtomobil yolunda, Salyan rayonunun Yolüstü kəndinin ərazisində yol qəzası qeydə alınıb.
Salyan rayonunda yol qəzası nəticəsində bir nəfər ölüb və iki nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Trend Cənub TV-yə istinadən məlumat verir ki, Şirvan-Salyan avtomobil yolunda, Salyan rayonunun Yolüstü kəndinin ərazisində yol qəzası qeydə alınıb.

Salyan rayon sakini Cəfərov Zaur Mirzəxan oğlu idarə etdiyi VAZ 2106 markalı avtomobili ilə yüksək sürətlə hərəkət edərkən, qəflətən idarəetməni itirib. Nəticədə avtomobili yolun kənarında kəndin adı olan sütuna çırpıb.

Qəza nəticəsində ağır yaralanan sürücü, Şirvan şəhər xəstəxanasına aparılarkən yolda keçinib.

Avtomobildə olan sərnişinlər Salyan rayon sakini Cəfərov Şamil Mirzəxan oğlu və Şirvan şəhər sakini Həşimov İlham İslam oğlu müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı BDYP-nin İstintaq İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti