...

Erməni hərbçilərinin yaraladığı türkiyəli çoban ölüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 1 Avqust 2013 13:45 (UTC +04:00)
Dünən Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən yaralanan Türkiyənin Qars vilayətində yaşayan çoban Mustafa Ülkər aldığı güllə yarasından dünyasını dəyişib.
Erməni hərbçilərinin yaraladığı türkiyəli çoban ölüb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir A.Tağıyeva/

Dünən Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən yaralanan Türkiyənin Qars vilayətində yaşayan çoban Mustafa Ülkər aldığı güllə yarasından dünyasını dəyişib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "CNN Türk" telekanalı xəbər yayıb.

Qeyd edək ki, çoban itmiş heyvanı axtararkən təsadüfən Ermənistan sərhədini keçib və erməni hərbçiləri ona atəş açıblar. Daha sonra çoban saxlanılıb.

Qars vilayətinin Akkaya rayon administrasiyasının rəhbəri Osman Uğurlu bildirib ki, Türkiyə sərhəd batalyonunun komandiri çobanın meyitinin təhvil verilməsilə bağlı Ermənistan tərəfi ilə danışıqlar aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti