...

Binə ticarət mərkəzində yanğınla bağlı rəsmi açıqlama

Hadisə Materials 10 Avqust 2013 09:55 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Binə ticarət mərkəzində baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.
Binə ticarət mərkəzində yanğınla bağlı rəsmi açıqlama

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Fövqəladə Hallar Nazirliyi Binə ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Trend Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda Binə ticarət mərkəzində birbirinə bitişik bir çardağ altında tikilmiş, sahibləri məlum olmayan, (əsas konstruksiyalar yüngül plastik materiallardan ibarət) məişət avadanlıqları mağazasının yanar konstruksiyaları, bəzək-bjüteriya mağazasının və dönərxananın yanar konstruksiyaları 210 kv.m sahədə yanıb.

Bitişik mağzalar yanğından mühafizə olunub. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti