...

Bakı polisi bir neçə narkotik istifadəçisi və satıcını aşkar edib

Hadisə Materials 21 Avqust 2013 10:40 (UTC +04:00)
Bakı polisi bir neçə narkotik istifadəçisi və satıcını aşkar edib.
Bakı polisi bir neçə narkotik istifadəçisi və satıcını aşkar edib

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İ.İzzət/

Bakı polisi bir neçə narkotik istifadəçisi və satıcını aşkar edib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Teymur Zeynalovdan 0,201 qram, Bakı şəhər sakini Baba Pənahovdan isə 0,155 qram heroin aşkar edilib. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni onlara satan əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini Elçin Məmmədov tutulub və üzərindən 0,226 qram heroin aşkar olunub.

Narkotiklərlə bağlı daha iki hal Nərmanov rayonunda qeydə alınıb. Belə ki, Nərimanov Rayon Polis İdarəsi Post Patrul Xidməti Bölməsi və 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Ramin Əhmədovdan 430 qram marixuana aşkar edilib.

Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini Valeh Şabanovdan 460 qram marixuana aşkar edilib.

Aşkar edilmiş bütün faktlar üzrə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti