...

Gəncədə Alüminium Gil-Torpaq Zavodununda ölüm hadisəsi baş verib

Hadisə Materials 26 Avqust 2013 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İ.İzzət/

Gəncə şəhərindəki tikinti sahəsində fəhlə işləyən Goranboy rayon sakini damdan yıxılaraq ölüb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, avqustun 25-də Gəncə şəhərində "Azəralüminium" ASC-nin Gəncə şəhər Alüminium Gil-Torpaq Zavodunun tikinti sahəsində iş görən zaman orada fəhlə işləyən Goranboy rayon sakini Məhəmməd Aşırov damdan yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti