...

Zaqatala iki avtomobilin ötüşməsi dəhşətli faciə ilə nəticələnib: iki nəfər ölüb, iki nəfər yaralanıb

Hadisə Materials 30 Avqust 2013 09:36 (UTC +04:00)
Zaqatala rayonunda 2 nəfərin ölümü, iki nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəza hadisəsi baş verib.
Zaqatala iki avtomobilin ötüşməsi dəhşətli faciə ilə nəticələnib: iki nəfər ölüb, iki nəfər yaralanıb

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir İ.İzzət/

Zaqatala rayonunda 2 nəfərin ölümü, iki nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəza hadisəsi baş verib.

Trend Kanal S-ə istinadən xəbər verir ki, qəza avqustun 29-u axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala ərazisindən keçən hissəsində, hava liman; yaxınlığında baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü Zaqatala rayonu Göyəm kənd sakini Nuriyev İlkin Şərif oğlunun idarə etdiyi "VAZ-21099" markalı, "57-BN-839" dövlət nömrə nişanlı avtomobillə 1985-ci il təvəllüdlü Şəki rayon sakini Mustafayev Mehman Malik oğlunun idarə etdiyi "Opel" markalı, "90-XJ-279" dövlət nömrə nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən sürücülərin ötmə hərəkətini düzgün yerinə yetirməmələri səbəbindən böyür -böyürə toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü idarəetməni və hərəkət istiqamətini itirib. İlkin Nuriyevin idarə etdiyi "VAZ-21099" markalı avtomobil yoldan çıxaraq, yolun kənarındakı ağaca çırpılıb. Mehman Mustafayevin idarə etdiyi "Opel" markalı avtomobil isə yolun kənarına aşıb. İlkin Nuriyev elə hadisə yerindəcə dünyasını dəyişib. Onun idarə etdiyi avtomobildə olan sərnişin, 1991-ci il təvəllüdlü Çobankol kənd sakini Məmmədov Eldar Əkbər oğlu isə aldığı ağır bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yoldaca keçinib.

Baş verən ağır yol qəza hadisəsində "Opel" markalı avtomobilin sürücüsü Mehman Mustafayev xəsarət almayıb. Lakin avtomobilində olan sərnişinlər - 1990-cı il təvəllüdlü Beyləqan rayon sakini Talıbov Nəsimi Nizami oğlu və 1961-ci il təvəllüdlü Bakı şəhəri sakini
Klinçiyev Aleksey Alekseyeviç aldıqları müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Hazırda xəstələrin vəziyyəti otra stabildir.

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti