Azərbaycan, Bakı, 5 sentyabr / Trend, müxbir İ.İzzət /
Lənkəran rayon sakini Lənkəran çayında çimərkən boğulub.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 4-də Lənkəran rayonu Səpnəkəran kəndi ərazisində bədbəxt hadisə baş verib. Kənd sakini İltimas Bayramov Lənkəran çayında çimərkən suda boğulub.
Faktla bağlı araşdırma aparılır.