Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İ.İzzət/
Gömrük postunda Azərbaycana qanunsuz tütün məmulatlarının keçirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsi "Samur" gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikasının vətəndaşı Şükran Əkbərovun idarə etdiyi "Ford Mondeo" markalı nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib.
Baxış zamanı həmin nəqliyyat vasitəsinin salonunda və baqajında gömrük nəzarətindən gizlədilmiş 2310 qutu "Kent Nanotek" və 90 qutu "Marlboro Micro" markalı siqaret aşkar edilib.