...

Şəkidə zəncirvari qəza: bir müəllim öldü

Hadisə Materials 19 Sentyabr 2013 16:30 (UTC +04:00)
Sentyabrın 19-da saat 13:55 radələrində Şəkidə zəncirvari yol qəzası baş verib. Hadisə nəticəsində avtomobillərdən birində olan iki qardaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ataları isə dünyasını dəyişib.
Şəkidə zəncirvari qəza: bir müəllim öldü

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İ.İzzət/

Sentyabrın 19-da saat 13:55 radələrində Şəkidə zəncirvari yol qəzası baş verib. Hadisə nəticəsində avtomobillərdən birində olan iki qardaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ataları isə dünyasını dəyişib.

Trend Kanal S-ə istinadən xəbər verir ki, qəza Şəkinin Salman Mümtaz küçəsində qeydə alınıb. Belə ki, hadisə zamanı Şəki sakini, 1990-cu il təvəllüdlü Hacıyev İsmayıl Məmməd oğlunun idarə etdiyi "99-DO-855" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə Şəkinin Kiş kənd sakini İlyasov Bəhram Yasin oğlunun idarə etdiyi "55-BJ-725" dövlət nömrə nişanlı "Mitsubishi" markalı avtomobil toqquşub. Zərbənin gücündən "Mitsubishi" markalı avtomobil yol kənarında dayanmış "55-BA-839" dövlət nömrə nişanlı "Niva" markalı avtomobilə çırpılıb. Nəticədə "Mitsubishi"nin sürücüsü ilə yanaşı, onun sərnişini - İlyasov Mənsur Yasin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. "Mitsubishi"də olan digər sərnişin - Şəkinin Kiş kənd sakini, 1951-ci il təvəllüdlü İlyasov Yasin İsgəndər oğlu hadisə yerindəcə dünyasını dəyişib. Xəsarət alanlar dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəza zamanı dünyasını dəyişən Yasin İlyasov avtomobildə sıxılıb qaldığından hadisə yerinə Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb olunub. Dünyasını dəyişən şəxs avtomobildən çıxarılaraq müvafiq orqanlara təhvil verilib.

Şahidlərin sözlərinə görə, hadisə "Mitsubishi" markalı avtomobil yük avtomobilini ötmək istəyərkən baş verib. İlkin ehtimallara görə, hadisəyə səbəb yüksək sürət və ehtiyatsızlıq olub.

Qəzanın dəqiq səbəbləri Şəki Şəhər Rayon Polis Şöbəsində aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Qeyd edək ki, dünyasını dəyişən şəxs Şəki Fizika-riyaziyyat və humanitar təmayüllü liseydə fizika müəllimi işləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti