...

Bakıda yağan güclü yağış fəsadlar yaradıb, paytaxtın əsas prospekt və küçələrində tıxaclar əmələ gəlib (FOTO)

Hadisə Materials 24 Sentyabr 2013 09:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Gecədən Bakı şəhərinə yağan leysan xarakterli güclü yağış nəticəsində paytaxtın bir çox yollarında avtomobillərin hərəkəti üçün problemlər yaradıb. Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, yaranan iri gölməçələr Bakının bəzi əsas küçə və prospektlərində səhər saatlarından tıxaclar yaradıb.

Babək prospektinin şəhərə yaxın hissəsində yolda yaranan gölməçə şəhərə və əks istiqamətə gedən yolda ciddi tıxacın yaranmasına səbəb olub. Hətta şəhərin bəzi yerlərində işıqforların işləməməsi də tıxaclar yaradıb. Bakının bəzi tunellərini su basıb. Hazırda tıxacların aradan qaldırılması üçün müvafiq işlər görülür.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, gecə yağan güclü yağış səbəbindən bu gün paytaxtın Heydər Əliyev prospekti (şəhər istiqaməti), Babək prospekti (şəhər istiqaməti), Yusif Səfərov küçəsi (şimal istiqaməti) və Badamdar şosesində (şəhər isitqaməti) tıxaclar müşahidə olunmaqdadır. Sürücülərə bu yollardan mümkün qədər az istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti