...

Bakıda sürücü etinasızlıqlarının acı nəticələri (VİDEO)

Hadisə Materials 24 Sentyabr 2013 15:57 (UTC +04:00)
Bakıda avtomobil sürücülərinin yol hərəkəti qaydalarına qarşı etinasızlığı və laqeydliyinin həddi bilinmir. Özlərinin, sərnişinlərinin və digərlərinin həyatını təhlükə altına atan belə sürücülərin bu hərəkətləri hətta səfehlik dərəcəsinə çatır.
Bakıda sürücü etinasızlıqlarının acı nəticələri (VİDEO)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İ.İzzət/

Bakıda avtomobil sürücülərinin yol hərəkəti qaydalarına qarşı etinasızlığı və laqeydliyinin həddi bilinmir. Özlərinin, sərnişinlərinin və digərlərinin həyatını təhlükə altına atan belə sürücülərin bu hərəkətləri hətta səfehlik dərəcəsinə çatır.

Trend-in məlumatına görə, 2013-cü ilin 8 ayı ərzində Bakıda 657 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 224 nəfər ölüb, 697 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Təhlillər göstərir ki, hadisələr əsasən sürət həddinin aşılması, əhali arasında qoşa xətt kimi tanınan üfüqi nişanlanma xəttinin tələbini pozub əks istiqamətli yol zolağına daxilolma, ötmə və ya manevretmə qaydalarının, yolayrıcını keçmə qaydalarının pozulması, eləcə də piyadaların vurulması ilə bağlı olub.

Trend həmin qəzalardan bir neçəsinin videogörüntüsünü təqdim edir.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti