...

Ucarda oğurluqla məşğul mütəşşəkkil dəstə zərərsizləşdirilib

Hadisə Materials 25 Sentyabr 2013 23:17 (UTC +04:00)
Ucarda oğurluqla məşğul mütəşşəkkil dəstə zərərsizləşdirilib. Trend EL TV-yə istinadən xəbər verir ki, Ucarda oğurluqla məşğul olan 7 nəfərdən ibarət mütəşşəkkil dəstənin üzvləri yaxalanıb. Rayon polis şöbəsindən verilən məlumata görə, bu qrup iki ildir ki, oğurluq əməlləri ilə məşğuldur.
Ucarda oğurluqla məşğul mütəşşəkkil dəstə zərərsizləşdirilib

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Ucarda oğurluqla məşğul mütəşşəkkil dəstə zərərsizləşdirilib. Trend EL TV-yə istinadən xəbər verir ki, Ucarda oğurluqla məşğul olan 7 nəfərdən ibarət mütəşşəkkil dəstənin üzvləri yaxalanıb. Rayon polis şöbəsindən verilən məlumata görə, bu qrup iki ildir ki, oğurluq əməlləri ilə məşğuldur.

Onlar mütəmadi olaraq Zərdab və Ucar rayonları ərazisindən müxtəlif mağazaları öncədən planlaşdıraraq qarət ediblər.

Dəstə üzvləri isə 17-23 yaş arasındadır. Onlar 18 yaşlı Mirələm Əliyev, 24 yaşlı Elvin Ələkbərov, 23 yaşlı Ələsgər Ələsgərov, 17 yaşlı Tağı Tağıyev, 18 yaşlı Əli Məmmədov, 17 yaşlı Rafiq Xəlilov və 19 yaşlı Eyvaz Soltanovdur. Qrupun başçısı Mirələm Əliyev digər üzvlərin onun dəstəsinə könüllü qoşulduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti