...

Türkiyədə həbsxanadan qaçan PKK yaraqlıları saxlanılıb

Hadisə Materials 26 Sentyabr 2013 12:23 (UTC +04:00)
Türkiyənin təhlükəsizlik qüvvələri ötən gün həbsxanadan qaçan terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) 17 üzvünü saxlayıb.
Türkiyədə həbsxanadan qaçan PKK yaraqlıları saxlanılıb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyədə ötən gün həbsxanadan qaçan terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) 17 üzvü təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən xəbər yayıb.

Telekanalın məlumatına görə, yaraqlılar Bingöl vilayətinin Ortaçanaq kəndində saxlanılıblar.

Xatırladaq ki, Türkiyənin Bingöl vilayətində terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) 18 üzvü həbsxanadan qaçıb. Onlardan birinin axtarışı davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti