Azərbaycan, Bakı, 18 oktyabr /Trend/
Türkiyənin paytaxtı Ankaranın Almadağ rayonu yaxınlığında 3-ü avtobus olmaqla 8 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, hadisə nəticəsində 30 nəfər xəsarət alıb.
Yaralılar Ankara və Kırıkkaledəki xəstəxanalara yerləşdirilib.
Yol qəzasına güclü yağışın səbəb olduğu bildirilir.
Əzilən avtomobillərin yol kənarına çəkilməsindən sonra Ankara-Kırıkkale yolu nəqliyyatın hərəkəti üçün tam açılıb.