Azərbaycan, Bakı, 19 oktyabr /Trend/
Sumqayıt şəhərinin ən böyük ticarət mərkəzi "Karvan"da güclü yanğın hadisəsi baş verib. Trend şahidlərin sözlərinə əsasən, məlumat verib ki, hazırda 4 yanğınsöndürən maşın yanğının qarşısını almağa çalışır.
Yanğınla əlaqədar yolların bağlanıldığı da bildirilib.
Xəsarət alanlarla bağlı məlumat yoxdur.