...

Bakı sakini dəm qazından zəhərlənərək ölüb

Hadisə Materials 26 Oktyabr 2013 13:15 (UTC +04:00)
Ötən gün Azərbaycanda dəm qazından zəhərlənmə faktları qeydə alınıb.
Bakı sakini dəm qazından zəhərlənərək ölüb

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir M.Əliyev/

Ötən gün Azərbaycanda dəm qazından zəhərlənmə faktları qeydə alınıb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, oktyabrın 25-də Suraxanı rayonu, Qaraçuxur qəsəbə sakini Elnarə Hüseynova dəm qazından zəhərlənərək ölüb.

Həmin gün Gəncə şəhər sakini Səkinə Babayeva mənzilindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib və ona ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti