Azərbaycan, Bakı, 28 oktyabr /Trend/
Bakıda beşmərtəbəli binada yanğın baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli inzibati binanın zirzəmisində yerləşən ümumi sahəsi 45 kv.m olan saunanın yanar konstruksiyaları 32 kv.m sahədə və liftin dəhlizinin 3 ədəd giriş qapıları yanıb. Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.
İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.