...

Kərkükdə partlayışlar nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb

Hadisə Materials 5 Noyabr 2013 12:00 (UTC +04:00)
Təhlükəsizlik qüvvələrinin bildirdiyinə görə, Kərkükün qərbindəki əz-Zab rayonunda yol kənarına qoyulan bombanın partladılması nəticəsində 2 nəfər ölüb, biri ağır olmaqla 3 nəfər isə yaralanıb. Yaralılar bölgədəki xəstəxanalara çatdırılıb.
Kərkükdə partlayışlar nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

İraqın şimalındakı Kərkükdə həyata keçirilən bombalı hücumlar zamanı 2 nəfər ölüb, 23 nəfər yaralanıb. Bu barədə Trend Türkiyə mətbuatına istinadən xəbər verir.

Təhlükəsizlik qüvvələrinin bildirdiyinə görə, Kərkükün qərbindəki əz-Zab rayonunda yol kənarına qoyulan bombanın partladılması nəticəsində 2 nəfər ölüb, biri ağır olmaqla 3 nəfər isə yaralanıb. Yaralılar bölgədəki xəstəxanalara çatdırılıb.

Şəhərdə törədilən digər üç müxtəlif partlayış nəticəsində 4-ü polis olmaqla 10 nəfərin yaralandığı bildirilir.

Kərkükün mərkəzində polis patrullarına hədəflənmiş bombalı hücumda 3-ü polis olmaqla 6 nəfər yaralanıb. Digər bir hücumda isə 1-i polis olmaqla 4 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti