...

Gürcüstanda 60-dan çox hərbi qulluqçu zəhərlənib

Hadisə Materials 13 Noyabr 2013 08:26 (UTC +04:00)
Gürcüstanda növbəti kütləvi zəhərlənmə faktı orduda qeydə alınıb.
Gürcüstanda 60-dan çox hərbi qulluqçu zəhərlənib

Gürcüstan, Bakı, 13 noyabr /Trend/

Gürcüstanda növbəti kütləvi zəhərlənmə faktı orduda qeydə alınıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Osiauri hərbi bazasından (ölkənin şərqi) 61 hərbi qulluqçu mədə ağrısı ilə həkimə müraciət edib.

Fakt üzrə hərbi polis tərəfindən cinayət işi açılıb.

İstintaqın ilkin mərhələsində müəyyən edilib ki, hadisə artıq işdən çıxarılmış aşpazın səhlənkarlığı ucbatından baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti