...

Astarada 83 yaşlı kişi 72 yaşlı arvadını qətlə yetirib

Hadisə Materials 15 Noyabr 2013 09:55 (UTC +04:00)
Astarada 83 yaşlı kişi 72 yaşlı həyat yoldaşını qətlə yetirib.
Astarada 83 yaşlı kişi 72 yaşlı arvadını qətlə yetirib

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir İ.İzzət/

Astarada 83 yaşlı kişi 72 yaşlı həyat yoldaşını qətlə yetirib.

Astara rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, noyabrın 14-də rayonun Sığaloni kəndində 1930-cu il Qulamov İsmayıl Qubad oğlu ailə münaiqşəsi zəminində həyat yoldaşı 1941-ci il təvəllüdlü Nurəliyevə Məhbubə Xanhəsən qızını odlu silahdan atəş açaraq öldürüb. Daha sonra İsmayıl Qulamov özünü də öldürərək intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti