...

Suriyada müxalifətə qarşı hücumlar zamanı 87 nəfər ölüb

Hadisə Materials 15 Noyabr 2013 10:03 (UTC +04:00)
Suriya ordusuna bağlı birliklərin müxalifətə qarşı həyata keçirdiyi hücumlar nəticəsində 16-sı uşaq, 7-si qadın, 15-i Azad Suriya Ordusu üzvü olmaqla, 87 nəfər ölüb.
Suriyada müxalifətə qarşı hücumlar zamanı 87 nəfər ölüb

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Suriya ordusuna bağlı birliklərin müxalifətə qarşı həyata keçirdiyi hücumlar nəticəsində 16-sı uşaq, 7-si qadın, 15-i Azad Suriya Ordusu üzvü olmaqla, 87 nəfər ölüb.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Bəşər Əsəd qüvvələrinin yerdən və havadan etdiyi hücumlar zamanı Hələbdə 43, Dəməşqin müxtəlif rayonlarında 21, Homsda 8, Həma və Kuneytranın hər birində 4, Dərada 3, Rəqqa və Lazkiyenin hər birində 2 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti