...

Samuxda 27 yaşlı gənc bıçaqlanıb

Hadisə Materials 22 Noyabr 2013 11:48 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, rayonun Hacıallı kənd sakini 27 yaşlı Eynulla İbrahimov bu gecə döş qəfəsindən aldığı bıçaq yaraları ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
Samuxda 27 yaşlı gənc bıçaqlanıb

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Samuxda bıçaqlanma hadisəsi qeydə alınıb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, rayonun Hacıallı kənd sakini 27 yaşlı Eynulla İbrahimov bu gecə döş qəfəsindən aldığı bıçaq yaraları ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Həkimlərin sözlərinə görə, ağciyəri zədələnən xəstə əməliyyat olunaraq, reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda yaralının vəziyyətinin stabil olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti