...

"Moskva" ticarət mərkəzinə reyd zamanı 700 nəfər saxlanılıb

Hadisə Materials 25 Noyabr 2013 14:45 (UTC +04:00)
"Moskva" ticarət mərkəzində aparılan "Sipər-2" əməliyyatı çərçivəsində paytaxt polisinin reydi zamanı polis bölmələrinə təxminən 700 nəfər gətirilib.
"Moskva" ticarət mərkəzinə reyd zamanı 700 nəfər saxlanılıb

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

"Moskva" ticarət mərkəzində aparılan "Sipər-2" əməliyyatı çərçivəsində paytaxt polisinin reydi zamanı polis bölmələrinə təxminən 700 nəfər gətirilib. Trend-in məlumatına görə, bu barədə "İnterfaks"a Rusiya DİN Moskva Şəhər Baş İdarəsindən məlumat verilib.

Bir müddət əvvəl xəbər verilmişdi ki, səhər "Moskva" TM-də "Sipər-2" əməliyyatı çərçivəsində polis reydi başlayıb. Polis əməkdaşları tərəfindən TM ərazisində qeyri-qanuni miqrasiya, silah, narkotiklərin qanunsuz dövriyyəsi faktları aşkara çıxarılıb.

İdarənin məlumatında deyilir: "700-ə yaxın şəxs miqrasiya qanunvericiliyinin pozulması və əvvəllər törədilmiş cinayətlərdə iştirakla bağlı yoxlamalar üçün polis bölmələrinə gətirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti