Azərbaycan, Bakı, 2 dekabr /Trend/
Bu gün ARDNŞ-nin "Neftqaztikinti" Trestinin 3 saylı Tikinti-Quraşdırma İdarəsinin "Günəşli" yatağındakı 11-ci dərin dəniz özülündə təmir işləri aparan 4-cü dərəcəli quraşdırıcısı, 1980-ci il təvəllüdlü İqor Xvatov naməlum səbəbdən dənizə düşərək ölüb.
Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, mərhumun meyiti dənizdən çıxarılaraq sahilə gətirilib.
Özülə göndərilmiş xüsusi komissiya hadisənin təfərrüatlarını araşdırır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.