...

Babasının evinə girən nəvə polis tərəfindən yaxalandı

Hadisə Materials 5 Dekabr 2013 11:56 (UTC +04:00)
Trend Kəpəz TV-yə xəbər verir ki, oğurluq edən azyaşlı T.B. ələ keçirdiyi pulu xərcləməyə macal tapmamış Qazax polisi onu saxlaya bilib.
Babasının evinə girən nəvə polis tərəfindən yaxalandı

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Ağstafa rayonundan Qazaxa babası evinə gələn nəvə onun nə az, nə çox, düz 3700 manatını oğurlayıb.

Trend Kəpəz TV-yə xəbər verir ki, oğurluq edən azyaşlı T.B. ələ keçirdiyi pulu xərcləməyə macal tapmamış Qazax polisi onu saxlaya bilib.

Aparılan axtarış tədbirləri nəticəsində məlum olub ki, Fidail Xasayev evdə olmayan zaman nəvəsi 15 yaşlı T.B. pəncərəni sındıraraq mənzilə daxil olub. Oğurladığı pulun bir manatını da xərcləməyən azyaşlı onu polisə təhvil vermək məcburiyyətində qalıb.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti