...

Bakıda avtomobillərə qənim kəsilən şəxslər tutulublar

Hadisə Materials 7 Dekabr 2013 10:56 (UTC +04:00)
Bakıda avtomobillərdən oğurluq edən və qaçıran iki nəfər tutulub.
Bakıda avtomobillərə qənim kəsilən şəxslər tutulublar

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir İ.İzzət/

Bakıda avtomobillərdən oğurluq edən və qaçıran iki nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində avtomobil qaçırmaqda və oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Aydın Ağayev və Babək Əhmədov tutulublar.

Məlum olub ki, onlar oktyabrın 24-nə keçən gecə, Hövsan qəsəbəsi Şahsuvarov küçəsində Rahib Həsənova məxsus "VAZ-2107", Noyabrın 21-nə kecən gecə isə Ş.Ziyadov küçəsində Rafiq Əliyevə məxsus "Ford-Tranzit" markalı avtomobilləri qaçırıblar.

Bundan başqa, onlar oktyabrın 29-da Hövsan qəsəbəsi E.Qasımov küçəsində Elçin Məmmədova məxsus "VAZ-21011" markalı avtomobildən şəxsiyyət vəsiqəsi, noyabrın 15-nə keçən gecə isə Hövsan qəsəbəsi 12/13-cü məhəllədə Etibar Əliyarova məxsus "VAZ-2107" markalı avtomobildən pul oğurlayıblar.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti