Azərbaycan, Bakı, 10 dekabr /Trend/
Samux rayon Sərkar kəndinin ərazisindən odlu silah və vasitələri tapılıb.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, 9 dekabrda Samux RPŞ əməkdaşları tərəfindən Sərkar kəndinin ərazisində nömrələri silinmiş 2 ədəd "AKM" və 3 ədəd "AK-74" silahları, 210 ədəd avtomat patronu və 6 ədəd patron darağı tapılıb.