...

Əfqanıstanda bir ildə 2767 polis və hərbçi həyatını itirib

Hadisə Materials 2 Yanvar 2014 13:35 (UTC +04:00)
2013-cü ildə Əfqanıstanda "Taliban" və digər antihökumət silahlı təşkilatları tərəfindən həyata keçirilən hücumlar zamanı 2767 əfqan polis və hərbçi həyatını itirib.
Əfqanıstanda bir ildə 2767 polis və hərbçi həyatını itirib

Azərbaycan, Bakı, 2 yanvar /Trend/

2013-cü ildə Əfqanıstanda "Taliban" və digər antihökumət silahlı təşkilatları tərəfindən həyata keçirilən hücumlar zamanı 2767 əfqan polis və hərbçi həyatını itirib.

Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Əfqanıstanın təhlükəsizlik qüvvələrindən bildirildiyinə görə, əsas itkilər "Taliban" tərəfindən təşkil edilən bombalı hücumlar və intihar hücumları nəticəsində qeydə alınıb.

Əfqanıstan təhlükəsizlik qüvvələri "Taliban"la mübarizədə 2012-ci illə müqayisədə 2013-cü ildə 32 faiz daha çox itki verib.

Əfqanıstan ordusu və polisi ölkənin təhlükəsizliyinin məsuliyyətini ötən ilin iyununda beynəlxalq qüvvələrdən təhvil almışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti