...

Səudiyyə Ərəbistanda təyyarə təcili eniş edən zaman 14 İran vətəndaşı xəsarət alıb

Hadisə Materials 6 Yanvar 2014 11:06 (UTC +04:00)
Qeyd edək ki, yanvarın 5-də Səduiyyə Ərəbistanının Mədinə şəhərində Səudiyyə Hava Yollarına məxsus təyyarə təcili eniş edib. Təyyarənin portunda 315 nəfər sərnişin olub.
Səudiyyə Ərəbistanda təyyarə təcili eniş edən zaman 14 İran vətəndaşı xəsarət alıb

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir T.Cəfərov/

İranın Məşhəd şəhərindən Səudiyyə Ərəbistanın Mədinə şəhərinə uçan təyyarədə texniki nazaslıq yarandığı üçün təyyarənin təkərləri açılmayıb və təyyarə təcili eniş edib. Bu sözləri İranın həcc və ziyarət təşkilatının sədri Səid Ovhədi deyib. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews məlumat verir.

S.Ovhədi deyib ki, təyyarə təcili eniş etməmişdən öncə Mədinə şəhərinin üzərində bir saat üçuş edib ki, yanacağını tam qurtardıqdan sonra eniş etsin. "Hadisə nəticəsində 14 nəfər xəsarət alıb ki, onlardan 1 nəfərinin vəziyyəti ağırdır", -deyə Ovhədi bldirib.

Qeyd edək ki, yanvarın 5-də Səduiyyə Ərəbistanının Mədinə şəhərində Səudiyyə Hava Yollarına məxsus təyyarə təcili eniş edib. Təyyarənin portunda 315 nəfər sərnişin olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti