Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir İ.İzzət/
Bakıda vətəndaşlara məxsus avtomobilləri oğurlayan şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakıda avtomobilləri qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini Said Kərimov tutulub.
Said Kərimov 2013-cü il oktyabrın 30-na keçən gecə Məhsəti küçəsində Xırdalan şəhər sakini Elnur Abdullayevə məxsus "VAZ-2106", noyabrın 2-nə keçən gecə K.Balakişiyev küçəsindən Nadir Salmanova məxsus "VAZ-2106", noyabrın 4-nə keçən gecə isə Ə.Kürçaylı küçəsindən Vaqif Quliyevə məxsus "VAZ-21013" markalı avtomobilləri qaçırmaqda şübhəli bilinir.