...

Hacıqabulda qətl törədilib

Hadisə Materials 9 Yanvar 2014 09:48 (UTC +04:00)
Hacıqabulda gecə vaxtı qətl törədilib.
Hacıqabulda qətl törədilib

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İ.İzzət/

Hacıqabulda gecə vaxtı qətl törədilib.

Hacıqabul rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, yanvarın 9-da gecə saat 1:30 radələrində rayon sakini 1992-ci il təvəllüdlü Qubadlı Rüfət Nəriman oğlu 1985-ci il təvəllüdlü Hacıyev İlham Hacıməmməd oğluna bıçaqla xəsarət yetirib.

Nəticədə İ.Hacıyev aldığı yaradan ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti