...

"Dakar" ralli yarışı zamanı iki jurnalist həlak olub

Hadisə Materials 10 Yanvar 2014 08:24 (UTC +04:00)

"Dakar" yarışı zamanı iki jurnalist həlak olub

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

"Dakar" ralli-marafonu zamanı iki jurnalist həlak olub, onların maşını uçuruma düşüb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Argentina KİV-ləri məlumat verir.

Hadisə cümə axşamı axşam saatlarında baş verib. Rallidə işləyən jurnalistlər avtomobildə Katamarka şəhərindən San-Miqel-de-Tukuman şəhərinə gediblər. Andalqala departamentində "Kuesta-del-Klavilyo" yolunda onların Ford Ranger markalı avtomobili döngədə dönə bilməyib və uçuruma düşüb.

Ölənlər - iki argentinalı jurnalistlər olub. Avtomobildə olan daha iki nəfər sağ qalıb.

Xəbər lenti

Xəbər lenti